Cim Cordan ABŞ Nümayəndələr Palatasında respublikaçı azlığın lideri seçilib
Ohayo ştatını təmsil edən ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Cim Cordan yeni çağırış aşağı palatada respublikaçı azlığın lideri seçilib.
"Far.Az" "Axios"a istinadən xəbər verir ki, müvafiq qərar respublikaçılar arasında keçirilən qapalı səsvermənin yekunlarına əsasən qəbul edilib.
Cordanın namizədliyini 106 qanunverici dəstəkləyib, onun rəqibi, Luiziana ştatından olan respublikaçı əksəriyyətin hazırkı lideri Stiven Skalisə isə 73 nəfər səs verib.
Noyabrın 3-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsindən sonra Nümayəndələr Palatasının hazırkı spikeri Mayk Conson Konqresin yeni çağırışında respublikaçı azlığın lideri vəzifəsinə iddia etməyəcəyini açıqlayıb.
2027-ci ilin yanvarından etibarən Nümayəndələr Palatasında əksəriyyət yeni spiker seçməli olan demokratlara keçəcək. Bu vəzifəyə əsas iddiaçılardan biri demokratlar fraksiyasının lideri Hakim Ceffrisdir. O, seçiləcəyi təqdirdə Nümayəndələr Palatasının spikeri vəzifəsində ilk afroamerikalı olacaq.
Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçirilib. Amerikalılar Nümayəndələr Palatasının tam tərkibini, Senatın təxminən üçdə birini, eləcə də 36 ştat və ərazinin qubernatorlarını seçiblər. Bundan əlavə, yerli özünüidarəetmə orqanlarına da seçkilər keçirilib.
120-ci çağırış ABŞ Konqresi 2027-ci il yanvarın 3-də işə başlayacaq.
Oxşar xəbərlər
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
NYT: Demokratların ABŞ Senatına nəzarət etmə ehtimalı 95 %-dir – Yenilənir-2
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













