Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Far.Az xəbər saytı

Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb


Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb.

"Far.Az" xəbər verir ki, altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər noyabrın 23-dən, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-dən başlayıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.

Oxşar xəbərlər

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məktəblərdə 17 gün tətil olacaq: Bəs arada "itən" dərsləri necə keçəcəklər?
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər