Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb
Far.Az xəbər saytı

Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb


Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işləri, rəsm əsərləri və ailə təsərrüfatı məhsullarının sərgi-satış yarmarkası açılıb.

"Far.Az"un yerli bürosu xəbər verir ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan tədbir Naxçıvan Muxtar Respublikasının (MR) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarmarkada 300-ə yaxın müəllifə məxsus 12 mindən çox əl işi və ailə təsərrüfatı məhsulu nümayiş olunur.

Tədbirin məqsədi qadınların yaradıcılıq potensialının üzə çıxarılması, özünüməşğulluğunun dəstəklənməsi, milli sənət nümunələrinin təbliği və fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Sərgi-satış yarmarkası noyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.

Oxşar xəbərlər

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər