Özbəkistan Azərbaycanla dini və mənəvi əməkdaşlığı genişləndirmək niyyətindədir
Özbəkistan Müsəlmanları İdarəsi Azərbaycanın dini qurumları və ilahiyyatçıları ilə dini və mənəvi əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazırdır.
"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistan Müsəlmanları İdarəsinin sədr müavini Xomidjon İşmatbekov Bakıda Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində keçirilən beynəlxalq elmi konfransda bildirib.
"Bu gün Özbəkistan və Azərbaycan arasındakı münasibətlər Mərkəzi Asiya və Qafqaz regionlarında əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Tarixi yaxınlığımız, ortaq mədəniyyətimiz, mənəvi dəyərlərimiz və vahid mədəni məkana mənsub olmağımız dövlətlərimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırır", - o deyib.
O, həmçinin iki xalqın mənəvi ənənələrinin əsrlər boyu davam edən ortaq kökləri barədə vurğulayıb.
"Məhz burada biz Özbəkistan və Azərbaycanın qardaş xalqlarını birləşdirən möhkəm mənəvi bağları görürük. Əhməd Yasəvi, Bəhauddin Nəqşbənd və xəlvəti təriqətinin böyük nümayəndəsi Seyyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsi əsrlər boyu türk xalqları arasında dini və mənəvi münasibətlərin nə qədər möhkəm olduğunu aydın şəkildə nümayiş etdirir", - o qeyd edib.
İşmatbekovun sözlərinə görə, böyük mütəfəkkirlərin mənəvi təkmilləşmə, humanizm və əxlaqi prinsiplər haqqında ideyaları bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib













