Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb


Son günlər Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumlar informasiya sistemlərinin dayandırılması, insanlara hər hansısa xidmətlərin əlçatanlığının qarşısının alınması məqsədi daşıyır.

"Far.Az" xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son hücumlar ilk növbədə bunların vaxtında aşkar olunması və yarada biləcəyi fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır: "Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlıqdır: hər hansısa bir hadisə olduqda minimal zərər olsun və qısa zamanda qarşısı alınıb sistemlər bərpa olunsun. Dövlət qurumlarına kiberhücumları biz mütəmadi olaraq müşahidə edirik və bu, fasiləsiz olaraq tərəfimizdən izlənilən bir haldır. Amma son dövrlər, xüsusən də son bir həftə ərzində dövlət qurumlarına, onların informasiya ehtiyatlarına və informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik".

N.Novruzov qeyd edib ki, bu hücumların konkerrt olaraq hansı ölkələrdən həyata keçirildiyini demək bir az çətindir: "Bunun səbəbi odur ki, DDoS hücumları, xüsusən də böyük həcmli DDoS hücumları həyata keçirilərkən botnet şəbəkələrdən istifadə olunur. Botnet şəbəkələr isə dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardır. Ona görə də biz DDoS hücumlarını dünyanın müxtəlif nöqtələrindən müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum etdiyini demək çətindir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər