Bernard Lippert: "Sabah"da özünəinam artıb, "Borussiya" isə ideal formasından uzaqdır"
"Sabah" komandasında özünəinam artıb, "Borussiya" isə son 2-3 oyunda ideal formasından uzaqdır.
Bu barədə "Far.Az"a AFFA-nın sabiq texniki direktoru Bernard Lippert açıqlama verib.
Almaniyalı mütəxəssis Azərbaycan təmsilçisinin Dortmund komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu haqqında fikirlərini bölüşüb:
"Hər il autsayderlərin şans qazandığının şahidi oluruq. "Sabah"ın son matçdan sonra özünəinamı artıb, "Borussiya" isə son iki-üç həftədə ideal formasından uzaqdır. Kağız üzərində Almaniya təmsilçisi favorit sayılsa da, "Sabah"ın nəsə etmək üçün yaxşı imkanı var".
O, ilin əvvəlində "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində digər Almaniya təmsilçisi "Ayntraxt"ı (Frankfurt) məğlub etdiyini (3:2) xatırladıb:
"Həmin oyuna görə Bakıya gəlmişdim. "Sabah"da ehtiras və qalib gəlmək istəyi olarsa, hər şey mümkündür. Çünki Çempionlar Liqası onlar üçün ilk dəfədir və yeni bir macəradır. Dortmund klubu ilə sıx əlaqəm yoxdur. Almaniyaya da çox səfər edə bilmirəm. "Sabah"a matçda uğurlar arzulayıram. Hazırda FIFA-da çalışıram və 15 yaşadək futbolçular arasında keçiriləcək turnirlə bağlı çərşənbə günü Bakıda olacağam".
Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
Fransada yüksələn Makron diktaturası – hadisələrə tamaşaçı qalan Aİ
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?













