Mbappeyə qarşı irqçi təhqirə yol verən azarkeş 11 ay müddətinə azadlıqdan məhrum edib
Far.Az xəbər saytı

Mbappeyə qarşı irqçi təhqirə yol verən azarkeş 11 ay müddətinə azadlıqdan məhrum edib


İspaniyan məhkəməsi "Real"ın (Madrid) hücumçusu Kilian Mbappeyə qarşı irqçi təhqirə yol verən azarkeş barəsində hökm çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Məhkəmə azarkeşi nifrət zəminində törədilmiş cinayətdə təqsirli bilərək 11 ay müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, ona pul cəriməsi və bir sıra əlavə məhdudiyyətlər tətbiq olunub.

Hadisə ötən il avqustun 24-də İspaniya çempionatının "Oviedo" – "Real matçı zamanı baş verib. Qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kilian Mbappe həmin oyunda iki qol vurub.

Məlumata görə, məhkumun iki il ərzində rəsmi futbol yarışlarının keçirildiyi stadionlara getməməsi şərti ilə həbs cəzasının icrası təxirə salınıb.

Qeyd edək ki, "Oviedo" 2025/2026 mövsümündə La Liqanı sonuncu pillədə başa vuraraq İspaniya çempionatının aşağı divizionuna düşüb.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər