"Sabah" - "Barselona" matçının baş hakimi daha əvvəl 4 dəfə Azərbaycan klublarının oyununa təyinat alıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" (İspaniya) oyununu idarə edəcək Nikolas Uolş daha əvvəl 4 dəfə Azərbaycan klublarının matçına təyinat alıb.
"Far.Az" xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin evdə Gürcüstanın "Dinamo" kollektivinə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.
Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə "Qarabağ"ın Belçikada "Gent"ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) UEFA Konfrans Liqasının pley-off görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib.
O, Ağdam təmsilçisinin 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində Bakıda Norveçin "Molde" klubuna qalib gəldiyi (1:0) matçda isə VAR hakimi olub.
Uolş 2024-cü il oktyabrın 24-də Avropa Liqasının əsas mərhələsinin III turunda baş tutan "Qarabağ" - "Ayaks" (0:3) oyununu idarə edib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













