Elçin Əmirbəyov: "Azərbaycan Çinlə energetika sahəsində əməkdaşlıqda maraqlıdır"
Azərbaycan bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıqda, eləcə də ərzaq təhlükəsizliyi məsələlərində onun texnoloji nailiyyətlərindən və təcrübəsindən istifadə etməkdə maraqıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "China Daily"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə Çin Sədri Si Cinpin tərəfindən BMT Baş Assambleyasının 76-cı sessiyasında irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünün əsas istiqamətləri Azərbaycanın 2030-cu ilədək İnkişaf Strategiyasının prioritetləri ilə üst-üstə düşür.
E.Əmirbəyov qeyd edib ki, bu, diqqətin ikitərəfli əməkdaşlığın konkret praktiki nəticələrinin əldə olunmasına yönəldilməsi vəzifəsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
O bildirib ki, Azərbaycan modernləşməyə, rəqəmsal inkişafa və "yaşıl iqtisadiyyat"a keçidə böyük diqqət yetirir, ərzaq təhlükəsizliyi də milli strategiyanın əsas istiqamətləri sırasına daxildir.
O xatırladıb ki, Azərbaycan ənənəvi olaraq karbohidrogen resursları, neft və qaz tədarükçüsü kimi tanınır, lakin ölkə getdikcə daha çox enerji balansının diversifikasiyasına istiqamətlənir və bərpa olunan enerji mənbələrinin, ilk növbədə günəş və külək enerjisinin inkişafına mühüm səylər və resurslar yönəldir:
"Biz Çin şirkətlərinin Azərbaycan bazarına daxil olmağa və bu sahədə Azərbaycanla əməkdaşlığa göstərdikləri böyük marağı görməyə hazırıq və şadıq. Ərzaq təhlükəsizliyinə gəldikdə isə, biz həmçinin Çinin texnoloji nailiyyətlərindən və təcrübəsindən istifadə etməyə hazırıq. Hesab edirəm ki, bu istiqamət hər bir ölkənin milli təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki ərzaq təhlükəsizliyini təmin etmək zəruridir. Beləliklə, bütün bu sahələrdə - rəqəmsal inkişaf, "yaşıl iqtisadiyyat" və ərzaq təhlükəsizliyi sahələrində - bizim təkcə siyasi bəyannamələrimiz deyil, həm də ikitərəfli əməkdaşlığımızı dərinləşdirə və zənginləşdirə biləcək konkret plan və layihələrimiz var".
Xəbər yenilənir
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb













