Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib
Far.Az xəbər saytı

Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib


Braziliyanın "Palmeyras" klubunun finalda Argentinanın "Estudiantes" komandasını 1:0 hesabı ilə məğlub etməsindən sonra ölkə Libertadores Kubokunun tarixində qazanılan titulların sayına görə vahid lider olub.

"Far.Az" xəbər verir ki, bu, Braziliya klublarının turnir tarixində qazandığı 26-cı kubok olub.

Qeyd olunub ki, 25 titula sahib Argentina bu göstərici üzrə ikinci pilləyə düşüb. İlk üçlüyü 8 kubokla Uruqvay tamamlayıb.

"Palmeyras" üçün Libertadores Kubokunda qələbə klub tarixində dördüncü olub. Komanda sonuncu dəfə bu uğura 2021-ci ildə imza atıb.

Bundan əlavə, Braziliya klubları turnirin tarixində yeni rekorda imza ataraq ardıcıl səkkiz mövsüm kuboku qazanıblar. İndiyədək heç bir ölkənin klubları belə nəticə göstərməyib. Argentina klublarının ən uzun qələbə seriyası isə ardıcıl dörd mövsüm təşkil edib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər