FT: Aİ yeni büdcənin maliyyələşdirilməsi üçün borcların ödənilməsini təxirə sala bilər
Far.Az xəbər saytı

FT: Aİ yeni büdcənin maliyyələşdirilməsi üçün borcların ödənilməsini təxirə sala bilər


Avropa İttifaqı (Aİ) yeddiillik büdcə danışıqlarının iflasa uğraması fonunda COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası üçün cəlb olunmuş kreditlər üzrə ödənişlərin bir hissəsinin təxirə salınması imkanını müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, bu addım 2028-2034-cü illərin büdcəsi çərçivəsində rəqabətqabiliyyətliliyin artırılmasına və birliyin təhlükəsizliyinin gücləndirilməsinə daha çox vəsait saxlamağa imkan verə bilər, lakin uzunmüddətli perspektivdə əlavə faiz xərclərinə gətirib çıxaracaq.

Hazırda Aİ ölkələri arasında 1,58 trilyon avro həcmindəki yeddiillik büdcə layihəsi ilə bağlı fikir ayrılığı var. Almaniya və Niderland da daxil olmaqla, ən böyük xalis ödəyicilər xərclərin ixtisar edilməsinin tərəfdarıdır və ödənişlərin təxirə salınmasına etiraz edirlər. Fransa və İtaliya isə əksinə, bu ideyanı dəstəkləyirlər, çünki bunun iqtisadiyyatın inkişafına və müdafiə ehtiyaclarına daha çox vəsait yönəltməyə imkan verəcəyini hesab edirlər.

"Next Generation EU" proqramı Avropa Komissiyasının borc vəsaitlərinin cəlb edilməsi üzrə ən böyük təşəbbüsü olub. Proqram çərçivəsində pandemiya məhdudiyyətlərindən sonra Aİ ölkələrinin iqtisadiyyatının bərpasına dəstək məqsədilə 360 milyard avro qrant ayrılıb. Sentyabr ayına olan məlumata görə, Aİ-nin ödənilməmiş borcunun ümumi həcmi 860 milyard avroya çatıb.

Təklif olunan kompromis kənd təsərrüfatı subsidiyalarının və regional inkişafın maliyyələşdirilməsinin artırılması ilə yanaşı, növbəti büdcənin ümumi həcminin azaldılmasını da nəzərdə tuta bilər.

Avropa liderlərinin danışıqları hələ ki mövqelərin yaxınlaşmasına gətirib çıxarmayıb. Mənbələrin məlumatına görə, son sammitin iştirakçıları 16 saat ərzində büdcə ixtilaflarını müzakirə ediblər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər