İsveçdə azərbaycanlı tələbə və məzunların IV sosial yığıncağı keçirilib
Far.Az xəbər saytı

İsveçdə azərbaycanlı tələbə və məzunların IV sosial yığıncağı keçirilib


İsveçin Malmö şəhərində “İsveçdə tələbə və məzunların IV sosial yığıncağı” adlı tədbir keçirilib.

"Far.Az" xəbər verir ki, bundan əvvəl Stokholm, Lund və Yöteborq şəhərlərində keçirilmiş ənənəvi tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vuran şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.

Toplantı iştirakçıların Malmö şəhər muzeyinə səfəri ilə başlayıb. İştirakçılar Malmö muzeyində şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olublar.

Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov COP29 və digər beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin uğurlu fəaliyyətini qeyd edib.

Tədbir çərçivəsində “Naxçıvan İli” çərçivəsində çəkilmiş Mikael Silkeberqin “Nuhun izləri” adlı filminin nümayişi olub. Qeyd edək ki, “Nuhun izləri” filmi Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən bəhs edir.

Oxşar xəbərlər

İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Fransada Azərbaycanın Milli Film Günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər