Nazir müavini: Elə məzunlar yetişdirməliyik ki, hələ bilmədiyimiz vəzifələri yerinə yetirə bilsin
Süni intellekt prosesində çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir:
“Təhsil sistemində də bu, daima düşünülür və gələcək inkişafını proqnozlaşdırır. Bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində olsunlar. Bu, təhsilin əsas vəzifəsidir və əlbəttə çox çətin məsələdir. Bu o deməkdir ki, təhsil əslində texnologiyaları qabaqlamalıdır. Ona görə də ibtidai, orta və ali təhsildə bunlar hamısı nəzərə alınmalıdır və elə məzunlar formalaşdırmalıyıq ki, onlar bütün bu vəzifələrin öhdəsindən gələ bilsinlər”.
Nazir müavini bildirib ki, hər bir təhsil müəssisəsində bununla bağlı lazımi işlər aparılır.
“Bu gün yeni motedologiyalardan, yeni üslublardan istifadə etmək çox vacibdir. Bu, ilk növbədə müasir texnologiyalarla bağlıdır. Sintez şəklində tədrisin aparılması, formal və qeyri-formal tədrisin öyrədilməsi, eyni zamanda virtual metodikalardan istifadə etmək, xüsusilə səhiyyə işinə hazırlanan kadrlar üçün çox önəmlidir. Virtual metodikalar qısa müddətdə mənimsəmədə çox gözəl imkan yaradır”, - F.Qurbanov deyib.
O qeyd edib ki, əsas istiqamət az məsrəflərlə hər bir müəssisədə qoyulan məqsədlərə nail olunmasıdır:
"Ümumi götürəndə, bu, hər bir müəssisənin rəhbərindən çox asılıdır. Hər bir işçi bilməlidir ki, onun fəaliyyət göstərdiyi müəssisədə peşəkardır. İşçi bilməlidir ki, işlədiyi yerdə işçilər arasında özgə deyil. İşçi bilməlidir ki, aldığı məvacib işlədiyi fəaliyyətə uyğundur. Yalnız bu halda hər bir müəssisənin fəaliyyəti uğurlu ola bilər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək













