Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.
"Far.Az"un Xocalıya ezam olunan əməkdaşının məlumatına görə, dekabrın 27-də 119 nəfərdən ibarət 21 keçmiş məcburi köçkün ailəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdıb.
Onlara yaşayacaqları evlərin açarları təqdim olunub.
Köç ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələri əhatə edib.
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
“Far.Az”un Qarabağ bürosunun məlumatına görə, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.
Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib













