Emin Əmrullayev: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı tam dolub.
“Far.Az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “X” sosial şəbəkəsində yazıb.
“2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - nazir qeyd edib.
2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan…
— Emin Amrullayev (@EminAmrullayev)
Oxşar xəbərlər
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub













