"SoftBank" Avropanın ən böyük məlumat mərkəzinə 75 mlrd. avro sərmayə ayıracaq
Far.Az xəbər saytı

"SoftBank" Avropanın ən böyük məlumat mərkəzinə 75 mlrd. avro sərmayə ayıracaq


Yaponiyanın "SoftBank" şirkəti Fransada yerləşəcək Avropanın ən böyük məlumat mərkəzinin tikintisinə 75 milyard avroya qədər investisiya qoymağı öhdəsinə götürüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "SoftBank" birinci mərhələdə 2031-ci ilə qədər O-de-Frans regionunda 3,1 giqavattlıq məlumat mərkəzinin tikintisinə 45 milyard avro investisiya qoyacaq. Obyektin tutumunun əlavə 2 giqavatt artırılması və ümumi investisiyanın 75 milyard avroya çatdırılması planlaşdırılır.

Qeyd olunur ki, "OpenAI", "Oracle" və "SoftBank" şirkətləri də "Stargate" layihəsi çərçivəsində 2025-ci ildə ABŞ-də beş yeni süni intellekt məlumat mərkəzi tikmək planlarını açıqlayıblar.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər