"Taliban" Beynəlxalq Cinayət Məhkəməsini qanunsuzluqda ittiham edib
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı tərəfindən formalaşdırılan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) insan hüquqları ilə bağlı şərhini bütün dünyaya zorla qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkələrdə yayılan bəyanatında deyilir.
"Bu qurum insan hüquqları ilə bağlı xüsusi şərhi bütün dünyaya zorla qəbul etdirməyə çalışmamalı, həmçinin digər xalqların dini və milli dəyərlərini görməzdən gəlməməlidir", - bəyanatda qeyd olunur.
Nazirlik BCM prokurorunun hərəkətlərini qanunsuz adlandırıb və bunun qurumun onsuz da zəif olan nüfuzunu daha da sarsıtdığını vurğulayıb.
Xatırladaq ki, BCM-in prokuroru Kərim Xan "Taliban" hərəkatının lideri və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə orderin verilməsini tələb edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













