Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb
Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində "Azersun Holding"in qonağı olub.
İki günlük səfər çərçivəsində "Azersun Holding"in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.
Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və "Ülker" markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.
Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Azersun Holding" və "Ülker" arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. "Ülker" markasının Azərbaycandakı rəsmi distribütoru olan "Azersun Holding" brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribusiyasını və istehlakçılara çatdırılmasını təmin edir.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













