KİV: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini nəzərdən keçirir
Far.Az xəbər saytı

KİV: Aİ Suriyaya qarşı sanksiyaların ləğvini nəzərdən keçirir


Avropa İttifaqı (Aİ) yanvarın 27-də Suriyaya qarşı enerji və nəqliyyat sahələri ilə bağlı sanksiyaları ləğv edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, Aİ ölkələrinin xarici işlər nazirlərinin sabah keçiriləcək görüşündə müvafiq razılıq əldə olunsa, məhdudiyyətlər aradan qaldırılacaq.

Məlumata görə, Aİ-yə üzv ölkələrin Yaxın Şərq və Şimali Afrika üzrə xarici siyasət mövqelərini əlaqələndirən qrupun nümayəndələri də Suriya ilə bank və investisiya əlaqələrinin bərpası imkanlarının nəzərdən keçirilməsini tövsiyə ediblər.

Qeyd edək ki, Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas yanvarın 24-də Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər