ABŞ-də məktəblərdə miqrantların həbsi istisna edilməyib
İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları zəruri hallarda təhsil və tibb müəssisələrində məhkumluğu olan qanunsuz miqrantları saxlaya biləcəklər.
“Report” xəbər verir ki, bunu ABŞ-nin yeni prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üçün məsul təyin etdiyi Tomas Homan deyib.
“ABC” televiziyasında məmurdan Amerika hakimiyyətinin qərarını izah etməsi istənilib və xidmət əməkdaşlarının məktəblərdə hansı cinayətkarları tapacağını soruşub. O isə suala cavabında deyib:
“MS-13 cinayətkar dəstəsinin 14-17 yaşlı neçə üzvü var? Çoxdur. Mənə zabitlərinin məktəblərə, həkimlərin kabinetlərinə və ya tibb müəssisələrinə girişi qadağan edilən başqa bir hüquq-mühafizə orqanının adını çəkin. Bunu yaxşı təlim keçmiş kadrlar edəcək və belə həssas sahələrə gəldikdə, əməliyyatlara nəzarət ediləcək. Xidmət əməkdaşlarının azad hərəkət etmək imkanı olmalıdır. Əgər onlar başa düşsələr ki, milli və ya ictimai təhlükəsizliyə təhdid bu qurumlardan birindən gəlir, o zaman onların həbs etmək imkanı olmalıdır”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













