Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA
Far.Az xəbər saytı

Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA


Qanda D vitamininin səviyyəsi ilə yuxunun müddəti arasında əlaqə olduğu müəyyən edilib. Araşdırmaya görə, bu vitaminin miqdarı yüksək olan orta və yaşlı insanlar daha uzun müddət yatırlar.

BAKU.WS-in məlumatına görə, bu barədə "The Journals of Gerontology" elmi jurnalında dərc olunan tədqiqatda bildirilib.

Tədqiqat 40 yaşdan yuxarı 460 nəfərin məlumatları əsasında aparılıb. Nəticələr göstərib ki, qanda D vitamininin səviyyəsi ən yüksək olan şəxslər bu göstəricisi aşağı olan iştirakçılarla müqayisədə təxminən 20 dəqiqə daha çox yatırlar. D vitamini çatışmazlığı olan insanlarda isə gecə yuxusunun müddəti orta hesabla 23 dəqiqə az olub.

Bununla belə, alimlər vurğulayıblar ki, aşkar edilən əlaqə D vitamininin birbaşa yuxu müddətini artırdığını sübut etmir. Maraqlıdır ki, bu bağlılıq tədqiqatda iştirak edən qaradərili şəxslər arasında daha qabarıq müşahidə olunub.

Digər tərəfdən, mütəxəssislər maqnezium əlavələrinin həddindən artıq qəbulunun da sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Həkim-nutrisoloq, profilaktik tibb üzrə mütəxəssis Ryana Zubailovanın NEWS.ru-ya açıqlamasına görə, maqneziumun normadan artıq qəbulu ürəkbulanma, ishal və qarın ağrısı yarada bilər. Onun sözlərinə görə, bu əlavənin dozası insanın fərdi ehtiyacları və qidalanma rejimi nəzərə alınmaqla müəyyən edilməlidir.

Mütəxəssis xatırladıb ki, maqnezium sıyıqlarda, paxlalı bitkilərdə və çərəzlərdə də mövcuddur. Buna görə də əlavə qəbul etməzdən əvvəl gündəlik qidalanma və sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. O, həmçinin vurğulayıb ki, maqnezium preparatları dərman vasitələrini əvəz etmir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər