Boliviyada avtobusun aşması nəticəsində 19 nəfər ölüb
Far.Az xəbər saytı

Boliviyada avtobusun aşması nəticəsində 19 nəfər ölüb


Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb.

“Far.Az” xəbər verir ki, bu barədə yerli “El Deber” qəzeti polisə istinadən yazır.

Qeyd olunub ki, sərnişin avtobusu ölkənin Potosi departamentində yoldan çıxaraq aşıb.

“Hadisə nəticəsində 19 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Polis xilasetmə əməliyyatlarını davam etdirir, ona görə də ölənlərin sayının artacağı istisna edilmir”, - məqalədə deyilir.

Ölənlər arasında iki uşaq və avtobusun iki sürücüsü də var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB
Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2
Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, sürücü ağır xəsarət alıb - VİDEO
Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər