Tramp Alyaskadakı qoruqlarda neft hasilatının bərpa olunacağını açıqlayıb
ABŞ hökuməti Alyaska ştatının qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verməyi planlaşdırır.
“Far.Az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada Respublikaçılar Partiyasından olan Konqres üzvləri qarşısında çıxışı zamanı bildirib. Çıxış Ağ Evin “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
Tramp vurğulayıb ki, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər.
“Və biz bunu çox tez edəcəyik. İndi düşünürəm ki, bunu icra fərmanı ilə edəcəyəm, çünki onlar bunu Konqresdən keçirməyiblər. <...> Bu, öz yerləşməsinə görə bütün Asiyanı təchiz edə biləcək bir şey olacaq. Milli Arktik qoruğu bütün Asiyanı təchiz edə bilər”, – o vurğulayıb.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Panama kanalı Çinin nəzarətinə keçir, lakin Vaşinqton, onun sözlərinə görə, buna imkan verməyəcək.
“Bu, aktual mövzuya çevrildi, çünki Çin əslində onu (Panama kanalını - red.) götürdü. Və biz bunun baş verməsinə icazə verməyəcəyik”, – Tramp bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













