Bu il 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib
2026-cı ildə 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib.
"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva mərkəzin beş milyonuncu müraciətçisinin qeydə alınması ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, DOST mərkəzlərinə gün ərzində ümumilikdə 4 500-ə yaxın vətəndaş müraciət edir.
"Vətəndaşların müraciətləri əsasında onlara qısa müddətdə xidmət göstərilməsi, xidmət almaq üçün gözləmə müddətinin az olması onların DOST mərkəzlərindən məmnun ayrılmasına səbəb olur. Bundan sonra da əsas hədəfimiz xidmət şəbəkəmizi genişləndirməklə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini davam etdirməkdir".
A. Musayeva Azərbaycanda səkkiz DOST mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb.
"Onlardan beşi Bakıda yerləşir. Digər üç böyük mərkəz isə regionlarda, o cümlədən Abşeronda, Bərdədə və Naxçıvanda fəaliyyət göstərir. Eyni zamanda, Neftçala, Tərtər və Yevlaxda xidmət məntəqələrimiz var. Bu da DOST mərkəzləri tərəfindən göstərilən xidmətlərin vətəndaşlar üçün əlçatanlığını təmin edir".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
"ASAN xidmət"ə 100 milyonuncu müraciət qeydə alınıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu













