"Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi
Far.Az xəbər saytı

"Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi


Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Cənub Qaz Dəhlizi" QSC-nin uzunmüddətli defolt reytinqini "BBB-" səviyyəsində saxlayıb.

Far.Az xəbər verir ki, agentlik reytinq üzrə proqnozu "Sabit" olaraq müəyyən edib.

Şirkətin reytinqinin Azərbaycanın suveren kredit reytinqi ilə eyniləşdirilməsi onun bütün borc öhdəliklərinin dövlət zəmanəti ilə təmin olunması ilə əlaqələndirilir. Agentlik bu vəziyyətin qarşıdakı dövrdə də davam edəcəyini gözləyir.

"Fitch" şirkətin müstəqil kredit profilini isə "bbb-" səviyyəsində qiymətləndirib. Güclü pul vəsaitləri axını, uzunmüddətli qaz nəqli müqavilələri, geniş fəaliyyət miqyası və dayanıqlı maliyyə göstəriciləri reytinqi dəstəkləyən əsas amillərdir.

Bununla yanaşı, hasilat seqmentində qiymət dəyişkənliyi, "Şahdəniz" yatağının təbii tükənməsi, Azərbaycan, Gürcüstan və Türkiyədəki əməliyyat və tərəfdaş riskləri məhdudlaşdırıcı amillər kimi göstərilib.

Qeyd edək ki, 2014-cü ildə yaradılan "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 49 faizi İqtisadiyyat Nazirliyinə, 51 faizi isə SOCAR-a məxsusdur.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər