Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub
Far.Az xəbər saytı

Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub


Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub.

Far.Az xəbər verir ki, braziliyalı qapıçı bu uğura UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Brügge" ilə qarşılaşmada imza atıb.

İngiltərə təmsilçisi səfərdə Belçika klubunu 3:0 hesabı ilə məğlub edib. Matçın 82-ci dəqiqəsində Alisson Bekker Aleksander İsaka məhsuldar ötürmə verib.

Bununla da braziliyalı qapıçı "Liverpul" tarixində Çempionlar Liqasında qol ötürməsi edən ilk qapıçı kimi tarixə düşüb.

Qarşılaşmadan sonra "Brügge" 9 xalla turnir cədvəlinin 13-cü, "Liverpul" isə 12 xalla 5-ci pilləsində qərarlaşıb.

VI turda "Brügge" dekabrın 8-də səfərdə "Napoli" ilə, "Liverpul" isə dekabrın 9-da doğma meydanda "Portu" ilə qarşılaşacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər