65 yaşında xərçəngdən vəfat etdi
Far.Az xəbər saytı

65 yaşında xərçəngdən vəfat etdi


80-ci illərin məşhur pop qrupu "Duran Duran"ın gitaraçısı Endi Teylor 65 yaşında dünyasını dəyişib.

Far.Az BBC-yə istinadən xəbər verir ki, qrup üzvləri Teylorun uzun müddət prostat xərçəngi ilə mübarizə apardığını və ailəsinin əhatəsində vəfat etdiyini açıqlayıblar.

"Endi hekayəmizin lap başlanğıcından bizimlə idi. Əlində gitarası ilə sarsılmaz inamla Birmingemə gəldiyi ilk gündən musiqimizə sönməz alov gətirdi"- deyə onlar bildiriblər.

Musiqiçinin həyat yoldaşı Treysi isə "O, ailəmizin dayağı idi. Onun üçün hər gün darıxacağıq" sözləri ilə öz kədərini bölüşüb.

Endi Teylor qrupun dünya şöhrətli "Save A Prayer", "Rio" və "Girls On Film" kimi hitlərinin müəlliflərindən biri idi.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Teylor Svift evləndi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Deniz Çakır 45 yaşında vəfat edən qrup yoldaşı ilə fotolarını paylaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər