Zabuxçay su anbarının tikintisi başa çatdırılıb
Far.Az xəbər saytı

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb


Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

“Far.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan bu su anbarıdır.

Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə "Cengiz İnşaat" Füzulədən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə 3 strateji layihəyə töhfə verib. Azərbaycanda belə layihələr həyata keçirməyə və onun inkişafına töhfə verməyə davam edəcəyik”.

Xatırladaq ki, Zabuxçay su anbarının həcmi 27 milyon kubmetrdir. Anbardan çıxacaq magistral suvarma kanalının suburaxma qabiliyyəti saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər