Anar Rzayev: "Xırdalan şəhərinə yeni yollar çəkiləcək"
Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəkilərək oraya giriş imkanlarının yaradılması planlaşdırılır.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan Ziya Bünyadov prospektinə birləşənə qədər olan ərazidə 15 yol kəsişməsində müşahidələr aparılıb, məlumatlar toplanıb və analizlər həyata keçirilib:
“Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyada Xırdalan dairəsində təkmilləşdirmə işlərinin aparılması, yol qovşaqlarının və ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, həmçinin Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəkilməsi nəzərdə tutulur. Bu istiqamətdə layihələndirmə işlərinə yaxın zamanda başlanacaq”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Hazırda Bakının bir sıra yollarda tıxac müşahidə olunur
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













