Özünü öldürmək istəyən qadın xilas edildi - VİDEO
FHN-in xilasediciləri intihara cəhd edən şəxsi xilas ediblər.
FHN-nin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dünən gecə saatlarında bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1983-cü il təvəllüdlü M.Seyidova yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əvvəlcədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən M.Seyidova qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
BAKU.WSOxşar xəbərlər
Xırdalanda intihara cəhdin qarşısı alınıb - VİDEO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Azərbaycanda evdə partlayış - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













