Baş prokuror Xəzər rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Xəzər rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə "Far.Az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev fevralın 14-də saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Xəzər rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
Baş prokuror Şəkidə vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi













