Sabah Bakıda hava yağmursuz olacaq
Far.Az xəbər saytı

Sabah Bakıda hava yağmursuz olacaq


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Far.Az”a verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Oxşar xəbərlər

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Yanvarın 20-də gün ərzində gözlənilən hava proqnozu açıqlanıb - YENİLƏNİB
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər