Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim"
Far.Az xəbər saytı

Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim"


Uşanqi Kokauri (+100 kq) Bakıda keçirilən dünya çempionatının finalında daha çox taktiki səhvlərə yol verib.

"Far.Az"un məlumatına görə, millinin üzvü bunu yarışdan sonra deyib.

O, hazırlıq prosesi və rəqibləri haqqında fikirlərini bölüşüb:

"Yaxşı hazırlaşmışdıq, çox məşq etmişdik. Lakin, görünür, hələ inkişaf etdiriləsi tərəflərimiz var. Cüdoçular olaraq hamımız bir-birimizi yaxşı tanıyırıq. İllərlə birgə məşq edirik, təlim-məşq toplanışlarında oluruq. Müəyyən dərəcədə daha texnikalı və dözümlü olmuşam. Dözümlülüklə bağlı problemim yox idi, daha çox taktiki baxımdan səhvə yol verdim. Dözümlülük və fiziki hazırlıq ən yüksək səviyyədə idi".

Azərbaycan təmsilçisi rəqibin titullu olmasının ona təzyiq yaratmadığını diqqətə çatdırıb:

"Buna qədər ikiqat olimpiya və ikiqat dünya çempionu çexiyalı Lukaş Krpaleki də məğlub etmişdim. Kiminsə titullu olması mənə psixoloji təzyiq göstərmir. Sərbəst şəkildə qalib gələ də, uduza da bilərsən. Bu, idmandır, belə hallar olur".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Dünya çempionatı: Uşanqi Kokauri gümüş medal qazanıb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər