Tayvanda univermaqda partlayış baş verib, xəsarət alanlar var
Far.Az xəbər saytı

Tayvanda univermaqda partlayış baş verib, xəsarət alanlar var


Tayvanın qərbində yerləşən Tayçjun şəhərindəki univermaqda baş verən partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Focus Taiwan” yanğınsöndürmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ərazidə yanğınsöndürənlər və həkimlər işləyir.

Ehtimal olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Baş verənlərin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər