KİV: Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar yaxın günlərdə başlayacaq
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbərliyinin mətbuat katibi Tahir ən-Nunu bildirib.
“Sazişin ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlanacağı gözlənilir”, - o deyib.
Ən-Nunu əlavə edib ki, sazişin birinci mərhələsinin icrası çərçivəsində vasitəçilər fələstinlilərin müvəqqəti yerləşdirilməsi üçün Qəzzaya daha çox çadır və qoşquların, eləcə də dağıntıların təmizlənməsi üçün ağır texnikanın gətirilməsini təmin edəcəklərini vəd ediblər.
Daha əvvəl anklavın səlahiyyətliləri humanitar yardımın hələ də zolağa daxil olmadığını, lakin bunun yaxın bir neçə saat ərzində baş verəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













