Kestutis Budris: "Litva Azərbaycanla enerji əlaqələrini genişləndirməyi hədəfləyir"
Litva təbii qaz və neft idxalının həcmini artırmağı hədəfləyir və bu istiqamətdə Xəzər regionu ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında bildirib.
"2001-ci ildə mən akademik nöqteyi-nəzərdən Xəzər regionu və bütövlükdə Avrasiya ilə fəal maraqlanırdım. Məni regionun zəngin enerji resursları və yeni nəqliyyat marşrutları maraqlandırırdı. Bu gün mən Azərbaycanın regionda əsas əlaqələndirici halqaya çevriləcəyinin və Mərkəzi Asiyadan Avropaya, o cümlədən Aİ ölkələrinə yüklərin çatdırılmasına kömək edəcəyinin təsdiqini görürəm", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tədarüklərin, o cümlədən elektrik enerjisinin şaxələndirilməsi, eləcə də Rusiya idxalından asılılığın azaldılması sahəsində Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyəti bu fəaliyyətin yalnız bir istiqamətini təşkil edir: "Bunun region ölkələrinin özlərinə hansı təsir göstərəcəyi və iqtisadiyyatda, energetikada və siyasətdə yeni iştirakçılar üçün hansı imkanlar açacağı da vacibdir. Burada digər əsas oyunçuların iştirakı ilə maraqlı layihələr ortaya çıxa bilər".
Enerji tərəfdaşlığı mövzusuna toxunan Budris əlavə edib ki, Vilnüs bu istiqamətdə əlaqələrin gücləndirilməsinə yönəlib: "Biz bu sahədə əlaqələrin inkişafı üçün çox iş görmək istəyirik. Litva hazırda öz iqtisadiyyatını və tədarük mənbələrini şaxələndirmək yollarını öyrənir. Bizim iddialı planlarımız var. Biz təbii qaz və neft idxalının coğrafiyasını genişləndirmək və həcmini artırmaq istəyirik. Biz regiondan tədarüklərin artmasında maraqlıyıq, bu sahədə regionun digər ölkələrini dəstəkləməyə və onlarla əməkdaşlığı inkişaf etdirməyə hazırıq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Hans-Diter Flik: "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür"













