Vens: Avropa özünün yaratdığı böhranla üz-üzədir
Far.Az xəbər saytı

Vens: Avropa özünün yaratdığı böhranla üz-üzədir


Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır.

“Far.Az” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Avropa bir çox problemlə üz-üzədir, lakin qitənin indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, - o deyib.

Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmaq lazımdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər