İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək
Far.Az xəbər saytı

İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək


Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı XIII beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qafqaz Albaniyasının tarixi əraziləri, onların müasir dövrdə hansı ölkəyə aid olması və tarixi abidələrin mənsubiyyəti ilə bağlı müxtəlif ölkələr arasında ciddi fikir ayrılıqları mövcuddur:

"Qafqaz Albaniyası məsələsi həm Azərbaycan, həm də dünya tarixşünaslığı üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə müxtəlif tədqiqatlar aparılsa da, hələ də araşdırılmasına ehtiyac duyulan mühüm məsələlər mövcuddur. Əminəm ki, bu il fəaliyyətimiz daha da genişlənəcək. Antropoloji və etnoqrafik ekspedisiyaların təşkili istiqamətində mühüm addımlar atılacaq və bu fəaliyyət ilk dəfə praktik olaraq həyata keçiriləcək".

İsa Həbibbəyli həmçinin bildirib ki, alman müəlliflərinin bir sıra əsərləri ermənilər tərəfindən tərcümə edilərək beynəlxalq ictimaiyyətə təqdim olunur:

"Bu nəşrlər vasitəsilə həqiqətə uyğun olmayan tezislər də dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan alman müəlliflərinin əsərlərinin orijinal mətnlərinin müəyyənləşdirilməsi, əldə olunması və Azərbaycan dilinə dəqiq tərcümə edilməsi mühüm əhəmiyyət daşıyır".

AMEA prezidenti bu istiqamətdə müvafiq təşəbbüslə çıxış edəcəklərini vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər