Kərim Şükürov: Qafqaz Albaniyasının tarixi beynəlxalq aləmdə ciddi şəkildə təhrif olunur
Far.Az xəbər saytı

Kərim Şükürov: Qafqaz Albaniyasının tarixi beynəlxalq aləmdə ciddi şəkildə təhrif olunur


Qafqaz Albaniyasının tarixi beynəlxalq aləmdə, xüsusilə xarici tarixşünaslıqda ciddi şəkildə təhrif olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov jurnalistlərə açıqlamasında deyib.

Direktor bu təhriflərin qarşısının alınması məqsədilə Azərbaycanda mütəmadi olaraq beynəlxalq elmi konfranslar təşkil edildiyini deyib: "Qafqaz Albaniyasının tarixi Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Qafqaz Albaniyası tarixinin araşdırılması Azərbaycan tarixşünaslığının əsas elmi istiqamətlərindəndir".

O vurğulayıb ki, tarixi mənbələr əsasında Qafqaz Albaniyasının ərazisinin Böyük Qafqaz sıra dağlarından Araz çayınadək uzandığı müəyyən edilib: "Müxtəlif dövrlərdə sərhədlərdə dəyişikliklər olsa da, bu ərazi dövlətin ənənəvi tarixi coğrafiyasını təşkil edib. Qafqaz Albaniyasında xristianlığın yayılması və bu dövrdə formalaşan maddi-mədəni irsin Azərbaycan tarixindəki əhəmiyyəti böyükdür".

K.Şükürov alban əlifbasının oxunması istiqamətində də mühüm elmi işlərin aparıldığını, bu sahədə yeni nəşrlərin hazırlandığını qeyd edib: "İnstitutda Qafqaz Albaniyasının dili və əlifbası ilə bağlı araşdırmalar davam etdirilir".

Oxşar xəbərlər

AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər