Azərbaycana turist axını 4 %-dən çox azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 26,6 %-i Rusiya, 19,4 %-i Türkiyə, 7,6 5-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,8 %-i İsrail, 3,5 %-i Pakistan, 3 %-i Özbəkistan, 2,9 %-i Çin, 2,7 %-i Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,2 % olmaqla Almaniya və Böyük Britaniya, 1 %-i Belarus, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 % artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 % artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 % azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 % azalaraq 946,3 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 %-i hava, 25,1 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Son 1 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 1,9 % azalaraq 1 milyon 740,4 min nəfər olub. Vətəndaşlarımızın 43,7 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çox), 14,6 %-i Rusiyaya (1,9 % az), 13,2 %-i Gürcüstana (19,2 % çox), 4,9 %-i İrana (47,9 % az), 23,6 %-i isə digər ölkələrə (1,1 % az) gedib. Gedənlərin 64,3 %-ni kişilər, 35,7 %-ni qadınlar təşkil edib.
10 ayda xarici ölkələrə gedən vətəndaşlarının 69,9 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













