"AzInTelecom" Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.
"Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış" mövzusuna həsr olunan konfrans beynəlxalq ekspertləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Konfrans çərçivəsində keçirilən panel müzakirələrində "AzInTelecom"un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev çıxış edib. O, rəqəmsal suverenlik və böhran şəraitində dövlətlərin kibertəhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunaraq rəqəmsal infrastrukturun dayanıqlığının və kibertəhlükəsizlik sistemlərinin effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıb.
Konfransda süni intellektin diplomatik münasibətlərə təsiri, texnologiya şirkətlərinin beynəlxalq proseslərdə artan rolu, informasiya müharibəsi və kiberməkanda regional əməkdaşlıq kimi aktual mövzular müzakirə olunub.
"AzInTelecom"un ICCD 2026-da iştirakı kibertəhlükəsizlik və rəqəmsal suverenlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlib.
Qeyd edək ki, ölkənin texnoloji suverenliyinin gücləndirilməsi, təhlükəsiz və dayanıqlı rəqəmsal infrastrukturun inkişafı "AzInTelecom"un fəaliyyətinin əsas istiqamətlərindəndir. Şirkət məlumatların ölkə daxilində təhlükəsiz saxlanılması və emalı üçün zəruri infrastruktur yaratmaqla, müasir bulud, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya həlləri təqdim etməklə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













