Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür
Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Naxçıvanda keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, TRIPP layihəsi artıq Ermənistan parlamentində müzakirə olunub və ölkədə bu istiqamətdə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanılıb:
"Azərbaycanda isə Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən hissəsində işlər yekunlaşmaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə 2027-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur".
V.Bayramov qeyd edib ki, görülən işlərin hazırkı vəziyyəti dəhlizin 2028-ci ilin sonlarına doğru istifadəyə verilə biləcəyini söyləməyə əsas yaradır:
"Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat marşrutu deyil, həm də regionun iqtisadi inkişafına mühüm töhfə verəcək strateji layihədir. Dəhliz Türk dünyasını quru yolu ilə birləşdirməklə yanaşı, Orta dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına da imkan verəcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir













