G7 Suriyada hərtərəfli siyasi keçidi dəstəkləyir
Yeddilik Qrupu (G7) ölkələri BMT Təhlükəsizlik Şurasının qərarları ruhunda Suriyada inklüziv siyasi keçid prosesini dəstəkləyir.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın xarici işlər nazirlərinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə qəbul edilmiş birgə məlumatda deyilir.
“Yeddilik Qrupu 13 fevral 2025-ci ildə Fransanın ev sahibliyi etdiyi Suriya üzrə beynəlxalq konfransın nəticələrini alqışlayır, Suriya xalqına sadiqliyini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ruhunda inklüziv siyasi keçidi dəstəklədiyini bir daha təsdiqləyir”,– mətndə bildirilib.
G7 xarici işlər nazirləri, həmçinin Livanda son prezident seçkiləri, baş nazirin təyinatı və yeni hökumətin formalaşdırılması da daxil olmaqla, müsbət irəliləyişlər adlandırıblar.
“Yeddilik Qrupu ölkələri hər iki ölkənin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiqlədilər”, – sənəddə qeyd olunub.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













