Münxendə avtomobilin kütləyə sürülməsi nəticəsində iki nəfər ölüb
Far.Az xəbər saytı

Münxendə avtomobilin kütləyə sürülməsi nəticəsində iki nəfər ölüb


İki yaşlı qız və onun anası Münxendə bir qrup insanın üzərinə avtomobilin sürülməsi nəticəsində aldıqları xəsarətlərdən keçiniblər.

“Report” xəbər verir ki, bu barədə Bavariya cinayət işləri idarəsi məlumat yayıb.

Qeyd edək ki, fevralın 13-də Əfqanıstan mənşəli 26 yaşlı sürücünün idarə etdiyi “MINI” markalı avtomobil Münxen Təhlükəsizlik Konfransının keçirildiyi yerdən 8 dəqiqəlik məsafədə olan insan kütləsinə çırpılıb. Son məlumatlara görə, xəsarət alanların sayı 36 nəfər olub.

Şənbə günü faciə yerini Almaniyanın Kansleri Olaf Şolts ziyarət edib. O bildirib ki, “belə bir şey törədən şəxs ən sərt şəkildə cəzalandırılmalı və əlbəttə ki, ölkədə qalmaq hüququ yoxdursa, cəzasını çəkdikdən sonra ölkəni tərk etməlidir”.

Baş vermiş hadisənin araşdırılması ilə Karlsruedəki Federal Prokurorluq məşğul olur. Bu qurum milli təhlükəsizliyə təhdid ola biləcək xüsusilə mühüm işləri araşdırır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər