Avropa Parlamentinin deputatı Aİ liderlərini sərt tənqid edib
Avropa Parlamentinin Bolqarıstandan olan deputatı Petar Volqin hesab edir ki, Avropa İttifaqının hazırkı liderləri səriştəsizdirlər və qarşıdan gələn dəyişikliklərə adekvat qərarlar qəbul etmək iqtidarında deyillər.
“Far.Az” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinin və rəhbərlərin əksəriyyəti - Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və başqaları bu gün baş verənlərlə bağlı heç nə başa düşmürlər:
“Ukraynanın qələbəsi ilə bağlı son illərin mantralarından istifadə etməyə davam edirlər. Özlərini Avropa liderləri adlandıranlar Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda iştirak etməkdə təkid edərək reallıqdan necə uzaq olduqlarını nümayiş etdirirlər, bu da sadəcə təəccüblüdür, baxmayaraq ki, onlar həqiqətən də xüsusi bir şey deyillər.
Əslində, onlar indi messencer funksiyalarını yerinə yetirir, məktubları idarələrə çatdırırlar və bu, onların əllərində olan maksimum intellektual səydir.
Danışıqlarda yalnız qərar qəbul edə bilən və mövcud problemlərin həlli variantlarını görə bilənlər iştirak edir. Avropa göstərdi ki, o, mənalı qərarlar qəbul etmək iqtidarında deyil, lakin mən inanıram ki, qurum son nəticədə Ukraynandan qalanları bərpa etməli olacaq”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













