Zelenski və Makron Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər
Far.Az xəbər saytı

Zelenski və Makron Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər


Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukrayna və Avropanın təhlükəsizliyi, həmçinin davamlı sülhə nail olmağa kömək edəcək zəmanətləri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, fevralın 17-də Makron Zelenskiyə Parisdə Avropa liderlərinin görüşü barədə məlumat verib. Müzakirənin mövzusu qlobal vəziyyət, o cümlədən Avropada təhlükəsizlik və Ukraynaya dəstək olub.

İki ölkənin liderləri “etibarlı və güclü təhlükəsizlik zəmanətləri”nin zəruri olduğunu və “kövrək atəşkəs” kimi hər hansı həllərin “yalnız Rusiyanın növbəti aldatması və yeni müharibənin başlanğıcı ola biləcəyi” fikrində razılaşıblar.

Makron həmçinin Zelenskini digər liderlərlə danışıqları barədə bilgiləndirib və davamlı sülhə nail olmaq üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Prezidentlər daimi əlaqədə qalmaq barədə anlaşıblar. “Buna yalnız güclü təhlükəsizlik zəmanətləri sayəsində nail olmaq mümkündür”, – mətbuat xidməti qeyd edib.

Ukrayna dövlətinin başçısı Fransaya və şəxsən Emmanuel Makrona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər