Fransa XİN: Avropadan Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyil
Hazırda Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi gündəlikdə deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro “France Info” telekanalına açıqlamasında bildirib.
"Bu məsələ hazırda gündəlikdə deyil. Heç kim bu gün Ukraynaya qoşun göndərmək niyyətində olduğunu deməyib. Biz sülh istədiyimizi deyirik", - o bildirib.
Avropa İttifaqının Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərindən danışan J.Barro qeyd edib ki, bu mövzunu hələ müzakirə etmək tezdir: "Bu məsələ vaxtı gələndə, sülh əldə ediləndə və həqiqətən təmin olunanda ortaya çıxacaq".
Fransa XİN başçısı, Ukraynada qoşunların yerləşdirilməsi mövzusunda əlavə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət etmişdi.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













