Braziliyanın keçmiş prezidenti Bolsonaru dövlət çevrilişinə cəhddə ittiham olunur
Braziliyanın Baş Prokurorluğu sabiq prezident Jair Bolsonaruya qarşı ölkə lideri Luia İnasio Lula da Silvanın həyatına sui-qəsd də daxil olmaqla, dövlət çevrilişinə cəhdlə bağlı ittiham irəli sürüb.
“Far.Az” xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Bolsonaru cinayətkar qruplaşma yaratmaqda, demokratik hüquqi nizamı zorakılıqla devirməyə cəhddə və dövlət çevrilişində ittiham olunur. Baş Prokurorluğun məlumatına görə, keçmiş dövlət başçısı Lula da Silvaya qarşı sui-qəsd planlarından məlumatlı olub. "Plan onu təsdiqləyən respublika prezidentinin (o vaxt Bolsonarunun) diqqətinə çatdırılıb", - nəşr Baş Prokurorluğun qərarından sitat gətirib.
Buiş üzrə ümumilikdə 34 nəfərə qarşı ittiham irəli sürülüb. İndi Baş Prokurorluğun qərarına Ali Məhkəmə baxmalıdır.
Ötən ilin noyabrında “O Globo” qəzeti Braziliya polisinin bir neçə zabitin dövlət çevrilişinə cəhddə şübhəli bildiyini yazmışdı. İstintaq qeyd edib ki, hərbçilər Lula da Silvanın 2023-cü il yanvarın 1-də keçirilən andiçmə mərasimini pozmaq istəyiblər və 2022-ci il dekabrın 15-də dövlət çevrilişi cəhdi planlaşdırıblar. Plana Lula da Silva və Braziliyanın vitse-prezidenti Cerald Alkminin öldürülməsi də daxil idi.
Eyni zamanda, göstərilən gündə çevriliş cəhdi baş verməsə də, 2023-cü ilin yanvarında Lula da Silva vəzifəyə gəldikdən sonra Bolsonaro tərəfdarları Braziliya şəhərində iğtişaşlar törədib və hökumət binalarını ələ keçirməyə cəhd ediblər. Rəsmilərin məlumatına görə, talanlarda 5 minə yaxın adam iştirak edib, 1,4 mindən çox iştirakçı saxlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













