Brokoli və soğan bu canlıda saç ağarmasının qarşısını alır
Siçanlar üzərində aparılan son tədqiqat luteolin adlı maddənin saçların ağarmasını ləngitdiyini göstərib. Ancaq mütəxəssislər hələlik bu nəticələrin insanlara da aid olub-olmadığını söyləmək üçün tez olduğunu bildirirlər.
BAKU.WS ferra.ru-ya istinadən araşdırma məqaləsini təqdim edir.
Luteolin nədir və hansı qidalarda olur?
Luteolin təbii antioksidantdır və kərəviz, yaşıl bibər, brokoli, kök və zeytun yağında olur. Dietoloq və elmlər magistri Tobi Amidora görə, bu maddə iltihablanmanın qarşısını alır, dərinin yaşlanmasını ləngidir və göz xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
Tədqiqat necə aparılıb?
Alimlər luteolinin və digər iki antioksidantın saçların ağarmasına təsir edib-etmədiyini yoxlamaq üçün siçanlar üzərində təcrübə aparıblar. 16 həftə boyunca siçanlara luteolin, hespiridin və diosmetin antioksidantları daxili və ya xarici olaraq tətbiq edilib.
Nəticə nə oldu?
16 həftədən sonra luteolin qəbul edən siçanların tük rəngini daha çox qoruduğu müşahidə olunub. Alimlər bunun luteolinin endotelinlərə olan müsbət təsiri ilə bağlı olduğunu bildirirlər.
Tədqiqatın nəticələri Antioxidants jurnalında dərc olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək - FOTO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













