"Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar" mövzusunda konfrans keçirilib
4 mart 2025-ci il tarixində "The Ritz-Carlton" otelində SOCAR-ın təşkilatçılığı ilə "Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar" mövzusunda beynəlxalq konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.
Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin, "KazMunayQaz" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun, "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovun, "Uzbeknefteqaz" şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovun çıxışları dinlənilib.
Daha sonra Azərbaycan Respublikasının SOCAR, Qazaxıstan Respublikasının "KazMunayQaz", Rusiya Federasiyasının "Tatneft", və Özbəkistan Respublikasının "Uzbeknefteqaz" şirkətləri arasında dördtərəfli dördtərəfli və ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.
Konfrans çərçivəsində, həmçinin, "Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi", "Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti", "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", "Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri" mövzularında panel müzakirələr təşkil olunub.
Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
SOCAR "KazMunayQaz", "Tatneft" və "Uzbeknefteqaz"la əməkdaşlığı genişləndirir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













